İsveçin daxilində onun NATO-ya üzv olmağını istəməyən qurum və rəsmi şəxslər də var.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Xorvatiyaya səfəri zamanı deyib.

O qeyd edib ki, terror təşkilatı olan PKK/YPG isə bunun üçün əlindən gələn hər şeyi edir, İsveç şəhərlərində rahat şəkildə yürüşlər keçirir.

Nazir İsveçin NATO-ya üzv olmaq üçün PKK/YPG ilə mübarizədə qətiyyətli addımlar atmağının lazım olduğunu xatırladıb.

.