“Ermənistanda dövlət çevrilişinə cəhdi qətiyyətlə pisləyirik”.

Bu bəyanatla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

O, harada olursa olsun, Türkiyənin çevrilişlərə qarşı olduğunu bildirib.

“Demokratik ölkələrdə xalq istefa tələb edə bilər, amma hərbçilərin xalqın seçdiyi hökumətə qarşı istefa çağırışı qəbul edilməzdir. Regionun sabitliyi üçün imkan var və bundan istifadə etmək lazımdır. Bölgədə Ermənistan və Azərbaycan arasında normallaşma və atəşkəsin davamlı olması kifayət deyil. Bölgə ölkələri ilə “3+3” formatında hansı addımları ata biləcəyimizə dair müzakirələr aparırıq. Hər bir ölkə daxilində sabitliyin olması vacibdir. Biz çevriliş cəhdlərinə qarşıyıq”, - deyə Türkiyə XİN başçısı vurğulayıb. 

.