Hər kəs Rusiya-Ukrayna müharibəsinin tezliklə bitməyəcəyini, tərəflərdən heç birinin qalib ola bilməyəcəyini görüb.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, buna qədər hər iki tərəf müharibəni savaş meydanında qazanmaq fikrində idi.

“Biz ən başdan müharibənin bitməsi üçün çox səy göstərdik. Hər kəs bizim asanlaşdırıcı rolumuzu gördü və qəbul edib. Rusiyaya qarşı sanksiyalar sadəcə bu və tətbiq edən ölkələrə deyil, bütün dünyada vəziyyətə təsir edib”, - deyə o söyləyib.

.