Dənizdə olan minaları təmizləyərək və bununla təhlükəsiz bir dəhliz açaraq, Ukraynadan taxılın gəmilərlə ehtiyacı olan ölkələrə ixrac edilməsi üçün çalışırıq.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, Türkiyə bu istiqamətdə BMT, Rusiya və Ukrayna ilə birlikdə danışıqlar aparır.

Onun sözlərinə görə, bu mövzuda rəqabət yolverilməz olsa da, hər kəs Türkiyənin açar ölkə olduğunu görür və ona müraciət edir.

O, iyunun 8-də Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri çərçivəsində də bu dəhlizin açılması, Rusiya və Ukrayna mallarının ixracatı mövzusunun müzakirə olunacağını deyib.

Çavuşoğlu: “Rusiya və Ukraynanı bizdən başqa bir araya gətirə bilən oldumu?”

Türkiyə imkanlarını ən effektiv şəkildə istifadə edən, lider ölkələrdən biri oldu.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, beynəlxalq idarəetmə sistemi artıq böhranlara tab gətirə bilmir, daha effektiv çalışması üçün dəyişikliyə ehtiyacı var.

XİN rəhbərinin sözlərinə görə, türk diplomatiyası sülhə yönəlib: “Rusiya və Ukraynanı bizdən başqa bir araya gətirə bilən oldumu? Bu həm prinsipial siyasət göstəricisidir, həm də sülh üçün atılan səmimi addımlardır... Biz Latın Amerikasından Afrikaya, Mərkəzi Asiyadan Balkanlara qədər bütün coğrafiyada sülh üçün çalışırıq”.

.