İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dair Türkiyənin bəzi tələblərinin icrasında irəliləyiş var.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isveçli həmkarı Tobias Billström ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Türkiyə bu addımları görür və məmnuniyyətlə qəbul edir:
“Terrorçuluqla əlaqəli cinayətkarların ekstradisiyası və aktivlərinin dondurulması ilə bağlı konkret addımlar hələ yoxdur”.
Çavuşoğlu, həmçinin, əlavə edib ki, Türkiyənin müdafiə sənayesi şirkətləri İsveçdən bəzi məhsulların idxalında lazımi müsbət cavabı ala bilməyib.
Xatırladaq ki, bir müddət əvvəl İsveç Türkiyəyə qarşı tətbiq etdiyi silah embarqosunu ləğv edib.
.
