Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edərək İrandakı səfirliyə qarşı edilmiş xain terror hücumunu qətiyyətlə pisləyib.

Bu barədə  Azərbaycan XİN-dən məlumat verilib.  

Bildirilib ki, səfirliyin hadisə nəticəsində həyatını itirmiş əməkdaşına görə mərhumun ailəsinə və Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb.

M.Çavuşoğlu Azərbaycanın yalnız olmadığını, Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu vurğulayıb.

C.Bayramov bu qardaşlıq və həmrəylik diləklərinə görə Türkiyə xarici işlər nazirinə minnətdarlığını bildirib, xain terroru törədənlərin və havadarların ən qısa zamanda ədalət qarşısında cavab verməsi üçün Azərbaycan tərəfinin əlindən gələni əsirgəməyəcəyini bildirib.

***

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan XİN rəhbəri Ceyhun Bayramova zəng edib.

NTV xəbər verir ki, Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

Azərbaycana başsağlığı verib.

Xatırladaq ki, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib, səfirliyin iki nəfər mühafizə əməkdaşını da yaralayıb.

Çavuşoğlu: "Daima can Azərbaycanın yanındayıq”

"Daima can Azərbaycanın yanındayıq”.

TRT Haber xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı ilə telefon danışığında bildirib.

O, Türkiyənin Azərbaycana dəstəyini bir daha ifadə edib.

.