Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür edib.

“Anadolu” verdiyi xəbərə görə, Çavuşoğlu COVID-19-a yoluxması ilə əlaqədar ona şəfa diləklərini yetirdiyi üçün Azərbaycan XİN başçısına təşəkkürünü çatdırıb.

“Dualarını bizdən əsirgəməyən azərbaycanlı qardaşlarıma da bu vəsilə ilə salam və sevgilərimi çatdırıram”, - türkiyəli nazir vurğulayıb.

Qeyd edək ki, ötən gün Mövlud Çavuşoğlunun koronavirus testi pozitiv çıxıb, onun Azərbaycana planlaşdırılan səfəri təxirə salınıb.

.