Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çinli həmkarı Van İ ilə bir sıra məsələləri, o cümlədən uyğur türklərinin durumunu müzakirə edib.

Bu barədə nazirin “Twitter” hesabında bildirilib.

"Çinin xarici işlər naziri Van İ ilə ikitərəfli münasibətlərimizi və regional məsələləri müzakirə etdik. İqtisadi əməkdaşlıq imkanları qiymətləndirilib. Uyğur türkləri başda olmaqla gündəmimizdəki məsələlərlə bağlı fikirlərimizi, gözləntilərimizi və həssaslıqlarımızı çatdırdıq", - M. Çavuşoğlu qeyd edib.

.