Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu 9 Noyabr - Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib.

Türkiyə XİN başçısının "Twitter"dəki paylaşımında deyilir:

"Bir dəfə yüksələn bayraq, heç vaxt enməz. Şanlı bayrağın əbədi dalğalansın. Ay-ulduzun həmişə Vətənin üzərində parlasın! Can Azərbaycanın Dövlət Bayrağı Günü mübarək olsun!"

.