Türkmənistanın Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv olması bizi məmnun etdi.

Bunu Türkiyənin xarici işləri naziri Mövlud Çavuşoğlu Ankarada türkmənistanlı həmkarı ilə mətbuat konfransında bildirib.

“Arzumuz qardaş Türkmənistanın da TDT-yə tamhüquqlu üzv olması və Zirvə Görüşlərinə ev sahibliyi etməsidir”, - XİN rəhbəri vurğulayıb.

.