Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Çanaqqalada baş verən meşə yanğınında ümumilikdə 83 nəfərin zərər çəkdiyini açıqlayıb.

O, bu barədə "X" hesabında bildirib.

Nazir qeyd edib ki, zərərçəkənlərdən 14-nün hadisə yerinə təyin edilmiş təcili yardım maşınları ilə xəstəxanalara, 48 nəfərin isə ambulator xəstəxanalara çatdırılıb. Bundan başqa, 21 nəfərin təcili yardım maşınları ilə ambulator müayinəsi aparılıb.

F.Qoca əlavə edib ki, əyalət üzrə 74 təcili yardım maşını, 4 UMKE maşını (Milli Tibbi Xilasetmə Qrupları-red.) və 32 xidmət maşını sürücüləri ilə birlikdə hadisə yerinə təyin edilib.

.