"Rusiya və İran Suriyada, xüsusilə İdlib əyalətində atəşkəs rejiminə əməl olunması haqqında verdikləri sözə əməl etmək üçün əllərindən gələni etməlidirlər”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Anadolu"ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya və İran Suriyada atəşkəs rejiminə təminatçı dövlətlərdəndir: "Onlar Bəşşar Əsəd rejimini İdlibə müdaxiləni dayandırmağa çağırmalıdırlar”.

M.Çavuşoğlu Soçi toplantısından da danışıb: "Ev sahibi Rusiyaya "YPG”nin (terrorçu PKK-nın Suriyadakı qollarından biri - "Report”) olduğu şəraitdə olmayacağımızı söylədik. "YPG" terror qruplaşmasıdır. "YPG” və "PYD” (terrorçu PKK-nın Suriyadakı qollarından biri - "Report”) kürdləri təmsil etmir. Fətullahçı Terror Təşkilatı və "YPG” dəstək verdiyi üçün Türkiyə-ABŞ münasibətləri pozulub. Bu yanlış yoldan dönməyəcəkləri halda münasibətlərin daha da pisləşəcəyi istisna edilmir”.

.