Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında görüş keçirilib.

Türkiyə KİV-i xəbər verir ki,Çavuşoğlu görüşdən sonra keçirilən mətbuat konfransında ABŞ ilə əlaqələrin düzəldilməsi üçün razılaşma əldə etdiklərini söyləyib.

"Hər iki tərəfin də gözləntiləri var. Biz FETÖ və ABŞ-ın YPG-yə dəstəyi mövzusunda fikirlərimizin ciddi qəbul edilməsini gözləyirik. Bu günə qədər verilən və yerinə yetirilən vədlər olub. Bundan sonra atılacaq addımları danışdıq. Biz artıq vədlər deyil, konkret addımlar gözləyirik”, - Türkiyə xarici siyasət idarəsinin başçısı bildirib.

Onun sözlərinə görə, əlaqələri normallaşdırmaq və problemləri həll etmək üçün yeni mexanizmlər yaradılacaq.
.