Miskin Abdalın varisi hesab olunan və "Dədə Şəmşir” kimi ad çıxaran məşhur aşığın nəticəsi Əkbər Şəmşirli Bakının Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsinə müstəntiq təyin olunub.
Milli.az bildirir ki, Nizami Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Onu da əlavə edək ki, Ə.Şəmşirli "Azəryolservis”in rəhbəri, millət vəkili Cavid Qurbanovun qardaşı oğludur. Yeri gəlmişkən, virtualaz.org xatırladır ki, iki ay əvvəl Cavid Qurbanovun qardaşı, Xaçmazın polis rəisi Şəhriyar Şəmşirliyə yeni vəzifə verlib. O, daxili işlər naziri Ramil Usubovun əmri ilə Abşerona polis rəisi gətirilib.
.