
"Qəbələ” futbol klubunun hazırda həbsdə olan futbolçusu Cavid Hüseynovun apelyasiya şikayətinə baxılacaq.
C.Hüseynovun vəkili Adəm Məmmədov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Səbayel Rayon Məhkəməsinin C.Hüseynov haqda həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinin təmin olunmaması barədə qərarından apelyasiya şikayəti verilib: "Avqustun 31-də Bakı Apelyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçiriləcək iclasda vəsatətə baxılacaq”.
Qeyd edək ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 307-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsi ilə təqsirləndirib və Səbayel Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.