Məhkəmədə şahid qismində dindirilən Cavid Hüseynov ifadəsində təqsirləndirilən şəxslərin heç birini tanımadığını, Elşən İsmayılovun isə bibisi oğlu olduğunu göstərib:

"Rasim Əliyevin barəmdə yazdıqlarını Elşən mənə mesajla göndərdi. Dedim ki, fikir vermə. Gördüm ki, Elşən çox əsəbidir, mən Rasimin telefon nömrəsini alıb onunla danışdım. Sonradan Elşən zəng vurub Rasimin onu söydüyünü dedi. Onların arasında baş verən hadisədən xəbərim olmayıb. Rasimin xəstəxanaya yerləşdirildiyini öyrənəndə yanına getdim. Bir gün sonra isə vəfat etdiyini eşitdim. Onda Elşənə dedim ki, get polisə və hər şeyi olduğu kimi danış. Rasimin öləcəyi ağlıma gəlməzdi. Belə bir hadisə olacağını bilsəydim, onu başqa xəstəxanaya aparardım”.
.