Casusluqda ittiham olunan şəxs barədə Naxçıvanda məhkəmə baxışı başlayıb

Casusluqda ittiham olunan xarici ölkə vətəndaşı Pourkazem Hamid Musa oğlu barəsində istintaqı yekunlaşmış cinayət işi üzrə Naxçıvan Ağır Cinayətlər Məhkəməsində məhkəmə icraatı başlayıb.

Cinayət işi hakim Hüseyn Məmmədovun icraatına verilib.

Sözügedən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılmış cinayət işi üzrə Hamid Pourkazem həbsdədir.

.