
Pop-müğənni Castin Biberin itkin düşmüş oxşarının Los-Anjelecdəki otellərdən birində meyiti aşkar edilib.
Bu haqda The Daily Mail nəşri məlumat yayıb.
35 yaşlı Tobias Ştrebelin cəsədi San-Fernando vadisindəki oteldə hələ avqustun 21-də aşkar olunsa da, bu haqda indi məlumat verilir. Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə Ştrebelin qaldığı otel nömrəsində narkotik maddələr aşkar olunub. Buna baxmayaraq, onun ölüm səbəblərini hələ müəyyən etmək lazım gələcək.
Xəbər verdiyimiz kimi, Ştrebel avqustun 18-də yoxa çıxmışdı. Dostları da onun bu cür qəfil yoxa çıxmasını təəccüblə qarşılamışdılar. Onların sözlərinə görə Tobias harasa gedəndə dostlarını xəbərdar edirmiş..