Kanadalı müğənni Castin Biberi Argentina hüquq-mühafizə orqanları zorakılıqda ittiham edir.
Yenizaman.az xarici mətbuata istinadən xəbər verir ki, ötən ilin noyabrında C.Biber Buenos-Ayresin gecə klublarının birində çıxış etdikdən sonra Dieqo Pesoa adlı fotoreportyor müğənninin şəklini çəkmək üçün ona yaxınlaşıb. Amma Castinin mühafizəçisi nəinki müxbiri ifaçıya yaxınlaşmağa qoyub, hətta ona xəsarət yetirib. Jurnalist aldığı travma ucbatından xəstəxanaya yerləşdirilib və bir müddət işləyə bilməyib.
Dieqo Pesoanın vəkili mətbuata açıqlamasında bildirib ki, Castin Biber növbəti dəfə Argentinaya gəlməli olacaq, amma bu dəfə konsert məqsədi ilə yox. Əgər ittihamçı tərəf onun günahını sübuta yetirərsə, ifaçını bir ilə yaxın həbs gözləyir.
Müğənni isə bu məsələylə bağlı çox da narahat deyil. Özünün dediyinə görə, onun mühafizəçisi, sadəcə öz peşə məsuliyyətini həyata keçirib.
.