Beynəlxalq Valyuta Fondu (BVF) bu il dünya bazarlarında neftin bir barelinin orta qiymətinin 41,69 ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırır.

Bu barədə BVF-nin "World Economic Outlook" (WEO) hesabatının oktyabr buraxılışında deyilir.

2021-ci il üçün neftin gözlənilən orta qiyməti 46,7 dollar təşkil edir. Gələcəkdə Fond neft fyuçerslərinin qiymətinin 48 dollara çatacağını güman edir.

Sözügedən proqnozlar BVF-nin aprel və iyunda verdiyi proqnozlardan yüksəkdir (2020-ci il üçün 36,18 dollar, 2021-ci il üçün isə 37,54 dollar).

.