Beynəlxalq Valyuta Fondu bu il Mərkəzi Bankın (AMB) rəsmi valyuta ehtiyatlarının 6.3 mlrd. ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır.

Bu barədə Fondun Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının aprel buraxılışında deyilir.

Bu gözlənti ötən (oktyabr ayı) proqnoz ilə müqayisədə dəyişməz olaraq qalıb. Fonda görə 2022-ci ildə isə AMB-in valyuta ehtiyatarı bir qədər artaraq 6.5 mlrd. dollar təşkil edəcək.

Xatırladaq ki, bu ilin yanvarın 1-nə AMB-nin rəsmi valyuta ehtiyatları 6,37 mlrd. dollar təşkil edib.

BVF Azərbaycan üçün neftin itkisiz qiymətini açıqlayıb

Azərbaycan üçün 2021-ci ildə bir barel neftin fiskal itkisiz qiyməti (fiscal breakeven oil price – red.) 82,5 ABŞ dolları təşkil edəcək.

Bu barədə Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının aprel buraxılışında deyilir.

Bu, keçən ilin oktyabr ayındakı proqnoz ilə müqayisədə 15,1 dollar çoxdur.

Bildirilib ki, 2022-ci ildə isə Azərbaycan üçün neftin itkisiz qiyməti  66,4 dollar təşkil edəcək.

Qeyd edək ki, "itkisiz qiymət" səviyyəsi ölkənin maliyyə itkilərinin və mənfəətinin yaxınlaşdığı və tarazlıqda olduğu qiymət nöqtəsidir.

Xatırladaq ki, Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar nəzərdə tutulub.

.