Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il dünya iqtisadiyyatı 6% böyüyəcək.

Fondun "World Economıc Outlook" hesabatının verdiyi məlumata görə, bu, aprel ayında verilən proqnoz ilə eynidir. 2022-ci il üçün verilən proqnozda isə müsbətə doğru dəyişiklik olub və gələn il üçün qlobal ÜDM-nin artım gözləntisi Fond tərəfindən 0,5 faiz bəndi artırılaraq 4,9%-ə çatdırılıb.

2022-ci ilin proqnozunda sözügedən yaxşılaşmanın baş verməsini BVF inkişaf etməkdə olan ölkələrin vəziyyətinin qeyri-stabil olmasına baxmayaraq əsasən inkişaf etmiş ölkələrinin perspektivlərinin yaxşılaşması ilə əsaslandırır. Xüsusilə ABŞ-da gedən COVID-19-la mübarizə (sürətli vaksinasiya), gözlənilən fiskal stimullaşdırıcı paketlər və qanunvercilikdəki dəyişikliklər proqnozun artmağına təkan verib.

.