Rusiyada Miq-29 təyyarəsi qəzaya uğrayıb.
Hadisə Moskva ətrafında baş verib.
Təyyarə qəzaya uğrayandan sonra pilota ilk yardımı azərbaycanlı olduğu bildirilən Mustafa adlı şəxs edib. Pilotların qəza anında təyyarədən tullandığını görən Mustafa hadisə yerinə qaçıb.
Huşsuz vəziyyətdə olan yaralı pilota Mustafa ilk yardımı ürəyini masaj etməklə göstərib.
"Mən onun evin damına necə düşdüyünü görüb tez ora qaçdım. Onun boynunda qayış, sifətində maska var idi. Düşünürdüm ki, o ölüb. Onun ürəyini üç dəfə masaj etdim, amma o yenə ayılmadı. Bir də təkrar etdim və o nəfəs almağa başladı", - deyə Mustafa bildirib.
Mustafanın sözlərinə görə, təyyarədən tullanmış pilot başından ağır travmalar alıb. Daha sonra təcili yardım maşını yaralıları xəstəxanaya aparıb.(xezerxeber.com)


.