Serxio Buskets bu mövsümün sonunda “Barselona”nı tərk edəcək.

Məlumata görə, yarımmüdafiəçi son qərarını verib. O, klubla müqaviləsi başa çatdıqdan sonra “Barselona”dan ayrılacaq. Buskets karyerasını ABŞ klubunda davam etdirəcək. Ola bilsin ki, bu, “İnter Mayami” olacaq.

Qeyd olunur ki, Xavi Busketsi “Barselona”da qalmağa razı salmağa çalışıb. O, Serxioya komandaya lazımlı oyunçu kimi baxır.

Qeyd edək ki, sekabrın 16-da Buskets İspaniya millisindəki karyerasını başa vurduğunu elan edib. O, 2008-ci ildən “Barselona”da çıxış edir və klubla 30 kubok qazanıb.

Futbolçunun müqaviləsi 30 iyun 2023-cü il tarixinədək qüvvədədir.

.