Hilari Klintonun prezident seçkilərində qalib gəlməsi ABŞ-ın Milli Təhlükəsizliyi üçün faciə olacaq.

Virtualaz.org Fox News-a istinadən bildirir ki, bu barədə teledebatlarda çıxışı zamanı Respublikaçılar partiyasından prezidentliyə namizəd, Florida ştatının sabiq qubernatoru Ceb Buş bildirib.

Buşun sözlərinə görə, Liviyanın Benqazi şəhərində ABŞ konsulluğuna terrorçuların hücum etməsinə görə məsuliyyəti Klinton daşıyır: "O, ABŞ üçün faciə olacaq”.

O, həmçinin bəyan edib ki, prezident seçiləcəyi təqdirdə Klinton ilk olaraq şəxsi problemlərini həll edəcək: "O yəqin ki, Ağ Ev və məhkəmə qarşısında olacaq”.

Ceb Buş ABŞ-ın 41-ci prezidenti Corc Buşun oğlu və 43-cü prezident Corc Uoker Buşun qardaşıdır. O, Floridada 1999-2007-ci illərdə qubernator olub.

.