Bursada həbsxana əməkdaşlarını daşıyan avtobusda partlayış kustar üsulla hazırlanmış bomba ilə hücum nəticəsində baş verib.

NTV verdiyi xəbərə görə, bu barədə Bursa valisi Canbolat məlumat verib.

O, kustar üsulla hazırlanmış bombanın uzaqdan idarəetmə ilə işə salındığını düşündüklərini deyib.

Partlayış nəticəsində bir nəfər ölüb, biri ağır olmaqla, dörd nəfər yaralanıb.
 

.