Burkina Fasonun keçid parlamentinin spikeri Şərif Say dövlət çevrilişi baş verdiyini bildirərək
xalqı ona qarşı çıxmağa çağırıb.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, RFI radiostansiyasının efirində çıxış edərək, spiker ölkədə baş verənləri pisləyib və bu hadisələrə cavab olaraq insanları "dərhal ayağa qalxmağa" çağırıb.
Bir qədər əvvəl Burkina Faso hərbçilərinin liderləri prezident səlahiyyətlərini müvəqqəti icra edən Mişel Kafandonu vəzifəsindən kənarlaşdırıldığını bildiriblər. Hərbçilər həmçinin müvəqqəti hökumətin işinə xitam verildiyi barədə də məlumat yayıb. Eyni zamanda,prezidentin mühafizəsi Kafando, baş nazir və bir neçə naziri girov götürərək saxlayıb.
.
