
Burak Özçivit və Fahriye Evcen Kubaya gedib.
Türkiyə mətbuatı xəbər verir ki, Burak Özçivit "Kardeşim benim 2” filminin çəkilişlərini bitirən kimi həyat yoldaşı Fahriye Evcenlə birlikdə Kubaya yollanıb. İyunun 29-da ailə quran cütlük Kubada çəkdiyi şəkilləri sosial şəbəkədə paylaşıb.
Xatırladaq ki, toydan sonra bal ayı üçün Maldiv adalarına gedən cütlük filmin çəkilişlərindən dolayı tez qayıtmalı olmuşdu.