
Aktyor Burak Özçivit həftə sonunun sevgilisi, aktrisa Fahriye Evcenlə keçirib.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, gənc cütlük dünən Yeniköy sahilində görünüblər. Səhər idmanının ardından yemək üçün bir məkana girən sevgililər paparassilərə gülümsəyərək poz veriblər.
B.Özçivit qıqanclıq dedi-qoduları haqda sualları cavablandırıb:
"Sevgilimin çəkiliş meydançasını ziyarət etməsindən normal nə ola bilər ki? Bunlar şişirtmədən başqa bir şey deyil, dostlar. Fahriye də, mən də deyilənlərə gülüb keçirik".
Qeyd edək ki, Burakın "Kara Sevda" serialındakı tərəf müqabili Neslihan Atagüllə ssenariyə görə öpüşdüyü fotolar yayıldıqdan sonra Fahriye çəkiliş meydançasına gedib. Media aktrisanın ziyarətini sevgilisini qısqanması ilə əlaqələndirmişdi.
