Almaniyanın "Volfsburq" komandasının futbolçusu Renato Şteffen koronavirusa yoluxub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçidən götürülmüş analizin nəticəsi müsbət çıxıb.

İsveçrəli oyunçu dərhal komandadan təcrid olunaraq evində karantinə alınıb. O, Bundesliqanın III turunda sabah "Auqsburq"a qarşı matçda oynaya bilməyəcək.

Qeyd edək ki, bu mövsüm bütün turnirlər daxil olmaqla 6 qarşılaşmada meydana çıxan Şteffen 2 məhsuldar ötürmə ilə yadda qalıb.

.