Bakıda intihar hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilən xəbərə görə, 1990-cı il təvəllüdlü Ağayev Pərvin Elşən oğlu Bakı bulvarında - "Saat qülləsi”nin yaxınlığında intihara cəhd məqsədilə özünü dənizə atıb.
FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. P.Ağayevin cəsədi batdığı yerdə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

.