Hazırda “Parma”da çıxış edən İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon gələcək planlarından danışıb.

Əfsanəvi italiyalı qolkiper karyerasını bitirmək barədə düşünmədiyini söyləyib.

“Karyeramı 55 yaşında bitirəcəyəm? Təxminən bəli. Uzun illər karyeramı bitirdikdən sonrakı həyatı düşündüm. Futbol sahəsində qalacağıma 100 faiz əmin deyiləm. Futbolu artıq bildiyim üçün bəlkə, başqa bir şey sınadım. Yeni şeylər öyrənməkdə maraqlıyam”.

Qeyd edək ki, C.Buffon 2021-ci ildə “Yuventus”dan ayrılaraq sabiq klubu “Parma”ya qayıdıb.
 

.