
Avstraliyanın Queensland ştatındakı bir qəsəbədə restoran sahibinin hərəkəti müsəlmanların sərt reaksiyası ilə qarşılaşıb.
Jon Havkes restoranın qarşısında "Üzr istəyirik, müsəlmanlar daxil ola bilməz” yazıb. Restoran sahibi bu addımı atdıqdan sonra təxminən 200 nəfərin ona zəng etdiyini, bir hissəsinin sərt reaksiya verdiyini, digərlərinin isə ona dəstək olduğunu qeyd edib. O, müsəlmanları qəzəbləndirəcək sözləri restoranın qarşısında niyə yazdığını açıqlayıb.
Təxminən 3 min əhalisi olan qəsəbənin bələdiyyə başçısı Joe Avens isə sözügedən hadisənin təəssüf doğurduğunu və qəsəbənin hər inanca açıq bir yer olduğunu bildirib.//publika.az
.