Dünyanın ən təhlükəli ölkələri açıqlanıb.Yenizaman.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, siyahı oğurluq və kiçik cinayətlər, qəsb, fırıldaqçılıq, adam oğurluğu, terror hücumu kimi meyarlar əsasında hazırlanıb.
Ən təhlükəli ölkələrin siyahısında ilk onluğu Mərkəzi Afrika Respublikası, Somali, Əfqanıstan, Suriya, İraq, Nigeriya, Yəmən, Konqo, Pakistan və Fələstin daxildir. İsveçrə, Norveç, Danimarka və İslandiya isə ən etibarlı ölkələr olaraq göstərilir. Ukrayna siyasi vəziyyət səbəbindən riskli ölkə kimi qiymətləndirilib.
Qeyd edək ki, dünyada adam oğurluğuna görə Meksika, Hindistan, Pakistan, İraq, Nigeriya Liviya, Əfqanıstan, Banqladeş, Sudan və Livan öndədir.
.