Subaylar üçün əsl cənnət

Dünyanın bəzi ölkələrində qadınların sayı kişilərdən olduqca çoxdur. Bu ölkələrdə bəzən 1 kişiyə 2-3 qadın düşür.

Həmin ölkələri sizə təqdim edirik:

1. Braziliyanın Niva du Kordeyru icması.

Burada 20-35 yaş aralığında 600 qadın yaşayır. Onlar təsərrüfatla məşğul olur və ərlərini yalnız bazar günləri görməyə məcburdurlar.

2. Tuareqlər (Mali, Niger, Burkina-Faso, Əlcəzair, Liviya).

Tuareqlərdə "Asri" anlayışı mövcuddur. Asriyə görə, qadınlar tam azaddır və nə qədər çox məşuqları olsa, bir o qədər yaxşıdır. Onlar zorla ərə verilə bilməz.

3. Şimali Marian Adaları (Sakit Okean).

Burada 1000 qadına 756 kişi düşür. 18-64 aralığında olan qadınlar arasında isə 1000 qadına 686 kişi düşür.

4. Kiyev, Ukrayna.

Bu şəhərin əhalisinin 54%-ni qadınlar təşkil edir. Bu səbəbdən Kiyev subaylar üçün əsl cənnət sayılır.
5. Macarıstan, Budapeşt.

Bu şəhərin əhalisinin 53%-ni qadınlar təşkil edir.

6. Rusiya da bu siyahıda yer alır.

Rusiya Federasiyasında 66 milyon kişi, 76 milyon qadın yaşayır. 
.