2024-cü ilin ilk altı ayında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə illik nəzərdə tutulmuş 3825,0 milyon manat vəsaitin 51,1 faizi və ya 1953,5 milyon manatı istifadə olunub.

Bu barədə Yenizaman Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin ilk altı ayı ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin 42,9 faizi və ya 1064,9 milyon manatı ayrılmışdır ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 306,2 milyon manat və ya 40,4 faiz çoxdur.

.