Azərbaycanda bu ilin 11 ayında baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

PRESSDAY.az-a Baş Dövlət Yol Polisi İdarəsindən verilən xəbərə görə, 2016-ci ilin 11 ayı ərzində respublika ərazisində 1848 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 695 nəfər həlak olub, 1887 nəfər yaralanıb. 

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 185 fakt (9,1faiz), həlak olanların sayı 121 nəfər (14,8 faiz), yaralananların sayı 182 nəfər (8,8 faiz) azalıb.

Bakı şəhəri ərazisində 621 yol-nəqliyyat hadisəsi qeydə alınmış, bunların nəticəsində 170 nəfər həlak olub, 640 nəfər yaralanıb. 

2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 111 fakt (15,2 faiz), 39 nəfər (18,7 faiz), 138 nəfər (17,7 faiz) azalıb. 

Yol-nəqliyyat hadisələrinin 43 faizini (795) piyadaların vurulması təşkil edib, nəticədə 283 piyada həlak olub, 591-i yaralanıb.
.