
Bu il tarixdə müşahidə edilən ən isti yay olub.
Bu barədə BMT-nin baş katibi Antonio Quterreş bildirib.
O bildirib ki, planet "qaynama mövsümündən keçib". Tarixdə ən isti yayın qeydə alınması iqlim böhranının başlamasından xəbər verir:
"Dünya liderlərini vəziyyətin daha acınacaqlı olmasından qaçınmaq üçün dərhal iqlim dəyişikliyi ilə mübarizəni gücləndirməyə çağırırıq".
Qeyd edək ki, alimlərin fikrincə, 2023-cü ildə baş verən anomal istilər Polineziyadakı Hunqa-Tonqa-Hunqa-Haapay sualtı vulkanının püskürməsi ilə bağlı ola bilər. Onların sözlərinə görə 2022-ci ilin yanvarında bu püskürmənin miqyası çox böyük olub, stratosferə görünməmiş miqdarda su buxarı, həmçinin kükürd dioksidi və vulkanik kül yayılıb. Bütün bunlar şimal yarımkürəsində istiləşmələrə səbəb ola bilər.
.