Cari ildə 25-30 min təhsilverənin sertifikatlaşdırmaya cəlb edilməsi gözlənilir.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.
"Sertifikatlaşdırma riyaziyyat, Azərbaycan dili (rus bölməsi) və xarici dil fənləri üzrə aparılacaq. Bu il dövlət büdcəsindən müəllimlərin əməkhaqlarına əlavələr üçün 83.1 milyon manat xərclənməsi nəzərdə tutulub”, - deyə nazir bildirib.
.