Bu il Azərbaycanda ali məktəbi bitirən 225 tələbə dövlət imtahanından kəsilib və diplom ala bilməyib.

Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 2022-2023-cü tədris ilində 7762 bakalavrdan 7532 tələbə dövlət imtahanında uğur qazanıb.

“Ali təhsil müəssisələrini bitirən 225 tələbə isə uğur qazanmayıb”, - nazirlikdən bildilib.

.