Təsdiq olunmuş müqaviləyə əsasən, 2022-ci ildə Azərbaycana gətiriləcək vaksinlərin sayı açıqlanıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu il ölkəyə ümumilikdə 3 280 000 doza vaksinin gətirilməsi nəzərdə tutulub.

Qeyd olunub ki, müqavilələrə əsasən, ölkəyə 3 200 000 doza “CoronaVac”, 80 000 doza “Sputnik V” vaksininin gətirilməsi planlaşdırılır.

Azərbaycana 1 344 330 doza "Pfizer" vaksini gətirilib

Azərbaycana dekabrda gətirilən "Pfizer/Biontech" vaksininin sayı açıqlanıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, təsdiq olunmuş müqaviləyə əsasən, 2021-ci ilin dekabr ayının sonunda ölkəyə 1 344 330 doza "Pfizer/Biontech" vaksini gətirilib.

.