Bu gün Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirləri müavinlərinin üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır.

Yenizaman “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, görüşdə regional əməkdaşlığın perspektivləri müzakirə ediləcək.

.