
Rusiya və ABŞ nümayəndə heyətləri bu gün İstanbulda iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətinin normallaşdırılması üzrə məsləhətləşmələrin ikinci mərhələsini keçirəcəklər.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, görüşdə iki ölkənin xarici siyasət idarələrinin nümayəndələri iştirak edəcək.
Qeyd edək ki, ilk belə görüş fevralın 27-də baş tutub və mətbuata bağlı qapılar arxasında söhbət 6 saatdan çox davam edib.
.