Bu gün görkəmli bəstəkar və müğənni, Xalq artisti, Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun doğum günüdür. 


Polad Bülbüloğlu uzun müddət Azərbaycan Respublikasının Mədəniyyət naziri (1989-2006) və Milli Məclisin deputatı olub, 2006-cı ildən Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiridir.
Sıx etimada əsaslanan Rusiya - Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq münasibətlərinin xalqlarımızın maraqlarına uyğun surətdə hərtərəfli inkişafında və dərinləşməsində,  iki dövlət arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki mütəsna xidmətlərinə görə Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb.

Картинки по запросу "polad bulbuloglu"
Polad Bülbüloğlu Prezident İlham Əliyevin 3 fevral 2020-ci il tarixli sərəncamı ilə mədəniyyətimizin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Azərbaycanın ən ali mükafatına – “Heydər Əliyev” ordeninə layiq görülüb.

Картинки по запросу "Polad Bülbüloğlu Prezident İlham Əliyevin 3 fevral 2020-ci il tarixli sərəncamı ilə mədəniyyətimizin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Azərbaycanın ən ali mükafatına – “Heydər Əliyev” ordeninə layiq görülüb."


Biz də Yenizaman.az saytı olaraq Polad Bülbüloğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, diplomatik və dövləti fəaliyyətində davamlı uğurlar arzu edirik.

.