İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yeni binasının açılışı olub.

Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməmmədov və Macarıstanın Baş naziri Viktor Orban iştirak ediblər.

Qeyd edək ki, bu gün İstanbulda Türk Şurası dövlət başçılarının VIII Zirvə Görüşü keçiriləcək.

***

Bu gün Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) katiblik binasının rəsmi açılış mərasimi keçiriləcək.

Bu barədə şuranın tviter səhifəsində məlumat yayılıb.

“Dövlət başçılarımızın iştirakı ilə Türk Şurasının yeni katiblik binasının rəsmi açılışı və bayraqqaldırma mərasimi keçiriləcək”, - təşkilatdan bildirilib.

Qeyd edək ki, bu gün İstanbulda Türk Şurası ölkələrinin VIII Zirvə toplantısı keçiriləcək.

.