Bu gün  görkəmli həmvətənimiz, Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı əməkdaşı,  İkinci Dünya Müharibəsindən əvvəl və dönəmində Almaniya və Yaponiyada tanınmış jurnalist Rixard Zorgenin bu gün doğum günüdür.  O, 1895- ci il, oktyabrın 4-də Bakıda, alman Vilhelm Zorgenin ailəsində anadan olub. Daha sonra isə onlar Berlinə köçüblər. 

 

Yenizaman.az ATV.az-a istinadən xəbər verir ki, Rixard Zorgenin ən mühüm fəaliyyətlərindən biri 1940-1941-ci illərdə Yaponiyada  əməliyyat xidmətində olarkən SSRİ mənbələrini  Adolf Hitler tərəfindən başladıla biləcək hücum barədə məlumat verməsidir.

Göndərilən məlumat şərqdən hücum təhlükəsinin olmaması və bütün diqqətin qərb cəbhələrinə yönləndirilməsi ilə nəticələnir. 18 diviziya, 1.700 tank, 1.500 dən çox döyüş təyyarəsi  Sibir və Uzaq Şərqdən və Üçüncü Reyxə qarşı həlledici döyüşlərin aparıldığı Moskva ətrafına cəmləşir.

 

1941-ci ildə Üçüncü Reyxin "Barbarossa" planına start verməsi Zorgenin Yaponiyada  fəaliyyət sahəsinin daralması ilə nəticələnib. Yapon və onlarla birgə işləyən alman mütəxəssislər ölkə ərazisində SSRİ maraqları üçün xidmət göstərən böyük bir cəsus şəbəkəsinin mövcudluğu barədə məlumatlı idilər. Cəsus şəbəkəsinin faş edilməsi və xəfiyyələrin saxlanılması üçün gizli fəaliyyətlər icra olunurdu. Xəfiyyələr tərəfindən Moskvaya göndərilən radio siqnalların və gizli kriptoların bir necə dəfə tutulması Zorgenin işini çıxılmaz vəziyyətə salmışdı. Tək istifadəlik xətdən göndərilən gizli mesajların sayında kəskin artım yapon mütəxəssislərini ölkədən xaricə məlumat göndərənin təkcə onlar olmadığına inandırdı.

Kempeytay olaraq adlandırılan yapon gizli polis təşkilatı bütün Yaponiyadan  xaricə göndərilən tək istifadəlik xətti mesajların izinə düşdü. Başladılan əməliyyat qısa zamanda öz nəticəsini göstərir və Hotsumi Ozaki 1941-ci ilin 14 oktyabr tarixində həbs olunur. Həbsdən dərhal sonra Ozakinin dindirilməsi başlanılır və bununla da Yaponiyada  fəaliyyət göstərən böyük bir sovet cəsusluq şəbəkəsi ortaya çıxarılmış olur. Ozakinin saxlanılmasından 4 gün sonra Rixard Zorge 1941-ci -ci ilin 18 oktyabrında Tokioda həbs olundu.

Növbəti  gün Üçüncü Reyxin Yaponiyadakı səfiri Eugen Ottaya ölkə ərazisində gizli fəaliyyət göstərən Rixard Zorge və Maks Klausen adlı sovet casuslarının ələ keçirilməsi ilə bağlı məlumat verilir.

Barəsində həbs qərarı çıxarılan Zorge Suqamoya göndərilir. Yaponlar Zorgenin alman mənşəli və Nasional Sosialist Alman Fəhlə Partiyasının  üzvü olması səbəbindən onun Abver agenti olduğuna inanırdılar. Abver tərəfindən yayımlanan məlumatda Rixard Zorge adlı bir xəfiyyələrinin olmadığını elan etdilər. Ağır işgəncələr altında Zorge xəfiyyə olduğunu etiraf etsə də SSRİ üçün işlədiyini inkar etdi. Yaponiya SSRİ-yə etdiyi müraciətdə sovetlərin əllərində olan yapon cəsuslarını Zorge ilə dəyişməyə hazır olduqlarını bildirdilər. SSRİ tərəfindən verilən cavabda isə Rixard Zorge adlı birinin onlara məlum olmadığı bildirilir.

Rixard Zorge saxlanıldığı həbsxanada 1944- cü il, 7 noyabr  tarixində  Tokioda edam edilib.

Rixard Zorgenin xatirəsinin əziz tutulduğu ölkələrdən biri də Azərbaycandır . Zorge xatirələrində  Azərbaycan  barədə deyir:

 

Özümü tamamilə azərbaycanlı hiss edə bilərdim, bəla burasındadır ki, azərbaycanca bir söz belə danışa bilmirəm.

 

1981-ci ildə Bakıda heykəltəraş V. Siqal və arxitektor  Mikayıl Useynov  tərəfindən Rixard Zorgenin xatirə memarlıq kompleksi inşa edilib.  Kompleksə daxil olan heykəl mərkəzdə yerləşməkdədir. Bundan əlavə Bakının Nəsimi rayonu ərazisində xəfiyyənin adını daşıyan küçə də mövcuddur.

.