Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası öz işinə başlayır. İyunun 27-nədək davam edəcək sessiya müddətində siyasi qrup və komitələrin iclasları keçiriləcək. Sessiyada əsas müzakirə mövzusu Avropa Şurası baş katibi postuna seçki olacaq. Həmçinin ayrı-ayrı hesabat və qətnamələrin müzakirəsi nəzərdə tutulub.
Azərbaycanın dövlət başçısı Ilham Əliyevin də sessiyada çıxışı nəzərdə tutulub. Eyni zamanda, xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsi haqda məlumatla çıxış edəcək.
Xatırladaq ki, mayın 14-dən Nazirlər Komitəsinə Azərbaycan sədrlik edir.
.