
Yapon dilindən "ölümsüzlük” mənasını verən "Reishi" (Ganoderma) göbələyi insanı xərçəng başda olmaqla, bir çox xəstəlikdən qoruyur, ömürünü uzadır. Bu barədə Çukurova Universitetinin əkinçilik fakültəsinin professoru Xatirə Daşqın apardığı araşdırmalara əsasən məlumat verib.
Xatirə Daşqın qidalanma vərdişlərindəki dəyişmələrin və stress faktorlarının artması səbəbiylə xəstəliklərin artımının insanları təbiətə istiqamətləndirdiyini bildirib. Türkiyəli mütəxəssis təbiətdə olan bəzi bitki və göbələklərin immunitet sistemini gücləndirmə yoluyla insanları bəzi xəstəliklərə qarşı daha müqavimətli etdiyini də əlavə edib: "Tibbi göbələklər arasında olan və ölkəmizdə ölümsüzlük adı ilə tanınan "Ganoderma" bu göbələklərdən sayılır. Göbələk zülal, sellüloza, kül, azot, fosfor, kalium, kalsium, maqnezium və selenyum elementləri ilə zəngindir. Bu bitki son dövrlər xərçəng xəstələri tərəfindən istifadə olunur və müalicə periodunda müsbət effektlər yaradır. Tərkibindəki ganoderik turşu bədəndəki qan təzyiqini, qan şəkərini, yağı təşkil edir, xolesterol səviyyəsini salır və qanın laxtalanmasına imkan vermir. Göbələyin bir qramı bir çox ölkədə 1000 lirədən (342 AZN) satılır".
Bu göbələyin qəhvə rəngli və böyrək şəklində olduğunu qeyd edən Xatirə Daşqın, bitkini yetişdirməyin çətin olmadığını, palıd kimi sərt odunlu və geniş yarpaqlı ağacların olduğu mühitdə becərilə biləcəyini vurğulayıb.(bizimyol.info)
.