Mayın 12-də 46 yaşlı Ainaş Toreeva gəlini Mariadan mesaj alır. Bu, Qazaxıstanın şimal-qərbindəki Oral şəhəri yaxınlığında yaşayan Ainaşın gəlinindən son 2 ildə aldığı ilk xəbər idi.

2013-cü ilin iyulunda Ainaşın 27 yaşlı oğlu Talqat həyat yoldaşı Maria və qızı Sofianı götürərək evi tərk edib. Həmin ilin axırlarında ölkənin Milli Təhlükəsizlik Komitəsi Ainaşa bildirib ki, oğlu Suriyadadı. Marianın mesajı qayınanasının oğlunun nə vaxtsa evə dönəcəyi ümidlərini puça çıxarıb. Çünki mesajda Talqatın İŞİD-ə qarşı hava zərbələrində öldüyü yazılmışdı.

Bəs Talqatı öz ailəsini Suriyaya aparıb İŞİD-ə qoşulmağa nə vadar etmişdi? Ainaş deyir ki, oğlu futbolçu karyerasının uğursuzluğundan sonra depressiyaya düşmüşdü.​(fanat)

avrofutbol.com
.