Bazar günü keçirilən referendumda Puerto-Rikonun siyasi statusunun müəyyənləşdirilməsi səsə qoyulub. Yerli sakinləri əksəriyyəti Puerto-Rikonun ABŞ-ın 51-ci ştatı olmasını istəyib.
ABŞ-ın tərkibinə daxil olmasa da Puerto-Riko ərazisi ABŞ-ın idarəsi altındadır. Referendumda 2,29 milyon səsvermə hüququna malik seçicilərdən təxminən 509 mini iştirak edib. Onların təxminən 97%-i Puerto-Rikonun Amerikanın tamhüquqlu 51-ci ştatı olmasına səs verib. "Tam suveren dövlət” və "ABŞ tərkibində assosiasiyalı dövlət” variantlarına isə 7600, 6700 şəxs səs verib.
Lakin əhalinin 23%-nin seçkiyə qatılmaması səbəbindən bir sıra partiyalar referendumu boykot edib.
Puerto-Rikonun qubernatoru Rikardo Roseyo adanın ABŞ-ın tamhüquqlu ştatına çevrilməsinin tərəfdarı olduğunu deyib. Onun sözlırinə görə, bütün dünyada demokratik dəyərləri müdafiə edən ABŞ referendum nəticələrini qəbul etməsə təəccüblü olar. Karib adasının əhalisinin iradəsi o zaman hüquqi hesab edilər ki, prezident və Konqresin hər iki palatası adanın ABŞ ştatı olmasına qərar versin.
ABŞ vətəndaşlığı Puerto-Riko sakinlərinə 100 il əvvəl verilib.
Lakin onların əksəriyyətinin səsvermə hüququ yoxdur. Ada sakinləri mərkəzdən az miqdarda dotasiya alsa da, federal gəlir vergisi ödəmir.
.
